...

Bakıda iki rayonda evlərdə baş verən yanğın söndürülüb

Hadisə Materials 27 Noyabr 2019 12:42 (UTC +04:00)
Bakıda iki mənzildə yanğın qeydə alınıb
Bakıda iki rayonda evlərdə baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bakıda iki mənzildə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 100 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bununla yanaşı, Xəzər rayonunda ümumi sahəsi 85 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 m² sahədə mebel və 1 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti