...

Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü

Hadisə Materials 29 Dekabr 2019 16:23 (UTC +04:00)
Bakı-Qazax yolunda sürücü bədbəxt hadisə nəticəsində ölüb.
Bakı-Qazax yolunda faciə, sürücü yük maşınının altında qalıb öldü

Bakı. Samir Əli - Trend:

Bakı-Qazax yolunda sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun 191-ci kilometrliyində, yolun Kürdəmir rayonun ərazisindən keçən hissəsində baş verib.

Astara rayon sakini, 1977-ci il təvəllüdlü Bayramov İlham Nail oğlu idarə etdiyi "Mercedes" markalı 99 ZA 799 dövlət nömrə nişanlı yük maşınında nasazlıq yaranıb.

Sürücü yük maşınını yolun kənarında saxlayaraq qaldırıcı qurğu ilə maşını qaldırıb. Daha sonra o nasazlığı aradan qaldırmaq üçün maşının altında işləyərkən avtomobil qaldırıcı qurğudan düşüb. Nəticədə sürücü maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti