...

Bərdədə çoban qoyun dərmanından zəhərlənib öldü

Hadisə Materials 7 Fevral 2020 09:38 (UTC +04:00)
Bərdə sakini zəhərlənmədən ölüb.
Bərdədə çoban qoyun dərmanından zəhərlənib öldü

Bakı. Samir Əli - Trend:

Bərdə sakini zəhərlənmədən ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndindəki fermalardan birində baş verib.

Rayonun Əyricə kəndində qeydiyyatda olmaqla Kərimbəyli kəndindəki fermada yaşayan, 1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən "Neastol" məhlulundan zəhərlənib. Ş.Bağırov yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti