...

Gəncədə yaşayış binasında yanğın olub

Hadisə Materials 8 Fevral 2020 01:24 (UTC +04:00)
Gəncədə yaşayış binasında yanğın baş verib
Gəncədə yaşayış binasında yanğın olub

Bakı. Trend:

Gəncədə yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti