Liftdə köməksiz qalan azyaşlılar xilas edilib

Hadisə Xəbər 9 Mart 2020 11:37 (UTC +04:00)

Bakı. Trend:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Nəsimi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Əməliyyat başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti