...

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Hadisə Materials 28 Mart 2020 17:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-si saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib.
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu

Bakı. Trend:

Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu.

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-si saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti