...

Xüsusi karantin rejimini pozaraq avtomobilin yük yerində Balakənə gələn şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 15 Aprel 2020 12:43 (UTC +04:00)
Xüsusi karantin rejimini pozaraq avtomobilin yük yerində Balakənə gələn şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti