...

Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb

Hadisə Materials 17 Aprel 2020 11:21 (UTC +04:00)
Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad sakini Siruz Kərimov şəhər ərazisində idarə etdiyi “Porsche” markalı avtomobillə xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib. Lakin S.Kərimov polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək ərazidən uzaqlaşmaq istəsə də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Həmin şəxs barəsin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti