...

Xaçmaz sakini həmkəndlisini tüfənglə yaralayıb

Hadisə Materials 17 Aprel 2020 21:01 (UTC +04:00)
Xaçmaz sakini həmkəndlisini tüfənglə yaralayıb

Bakı. Trend:

Xaçmaz rayonunun Ağtala kənd sakini M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən F.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti