...

Maştağada yaşayış evi yanır (VİDEO)

Hadisə Materials 28 Aprel 2020 12:34 (UTC +04:00)
Maştağada yaşayış evi yanır (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakıda fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Bir mərtəbəli həyət evində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

İlkin məlumata görə, yanğın qısaqapanmadan baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti