...

Yunanıstan sahillərində helikopter qəzaya uğrayıb

Hadisə Materials 30 Aprel 2020 05:46 (UTC +04:00)
Yunanıstan sahillərində helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Kanadanın milli müdafiə nazirliyi Yunanıstan sahillərində vertolyotu ilə əlaqəni itirdiyini təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə nazirlik "Twitter" səhifəsində xəbər verib.

"Təyyarə ilə əlaqə Yunanıstan sahillərində müttəfiqlərin təlimlərində iştirak edərkən kəsilib. Xilasetmə əməliyyatı aparılır", - Müdafiə nazirliyindən bildirilib.

Yunan KİV-ləri helikopterin İtaliyanın Uçuş Məlumat Bölgəsində (Flight Information Region, FIR) Kefaloniyadan təxminən 85 km (46 dəniz mil) qərbdə dənizə düşdüyünü xəbər verib.

Hadisə yerinə italyan və türk donanması və digər NATO gəmiləri cəlb olunub. Son məlumatlara görə, ölənlərdən birinin cəsədi tapılıb. Qəzaya uğrayan helikopterin göyərtəsində altı nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti