...

Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı (FOTO)

Hadisə Materials 6 May 2020 09:15 (UTC +04:00)
Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Ziya Bünyadov prospektindən üzü Koroğlu metrostansiyası istiqamətində qeydə alınıb. Sözügedən istiqamətdə hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək qarşı yola çıxıb. Nəticədə o, əks istiqamətlə hərəkət edən iki avtomobilə ziyan vurub.

Qəza səbəbindən sözügedən yolda avtomobillər arasında sıxlıq yaranıb. Hadisə yerinə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti