...

Paytaxtda 3 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 6 May 2020 12:58 (UTC +04:00)
Paytaxtda 3 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Paytaxtda 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Abdullayevin ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 qarajdan 3 min manat dəyərində dəmir boru, 100 metr elektrik naqili, inşaat materialları və 1 evdən 500 manat dəyərində kombi oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti