...

Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

Hadisə Materials 22 May 2020 10:17 (UTC +04:00)
Oğuzda 12 yaşlı uşağın parçalanmış meyiti tapıldı

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunda bir gün əvvəl itkin düşən azyaşlının meyiti tapılıb.

Trend-in məlumatına görə, hadisə mayın 21-də baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. Azyaşlının meyiti parçalanmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti