...

Qəbələdə dağlıq ərazidə başlayan yanğının söndürülməsinə helikopterlər cəlb edilib

Hadisə Materials 8 İyul 2020 14:34 (UTC +04:00)
Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.
Qəbələdə dağlıq ərazidə başlayan yanğının söndürülməsinə helikopterlər cəlb edilib

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti