...

Altı dəfə məhkum olunmuş şəxsdən tapança götürüldü

Hadisə Materials 23 İyul 2020 19:29 (UTC +04:00)
Altı dəfə məhkum olunmuş şəxsdən tapança götürüldü

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, bir patron darağı və altı patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti