...

Ağsuda karantin qaydalarını pozan kafe aşkarlanıb (FOTO)

Hadisə Materials 15 Dekabr 2020 15:53 (UTC +04:00)
Ağsuda karantin qaydalarını pozan kafe aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ağsu rayonu Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 nəfər müştəri Polis Şöbəsinə dəvət olunub. Polis Şöbəsində onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti