...

Sumqayıtda polis narkobaronu 3,5 kiloqram heroinlə yaxaladı

Hadisə Materials 15 Yanvar 2021 13:40 (UTC +04:00)
Sumqayıtda polis narkobaronu 3,5 kiloqram heroinlə yaxaladı

Bakı. Samir Əli - Trend:

Hüquq-mühafizə orqanları əməkdaşları Sumqayıt şəhərində narkotik maddələrin satışı ilə məşğul olan narkobaronu yaxalayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağabəyov Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti