...

Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb

Hadisə Materials 22 Yanvar 2021 18:24 (UTC +04:00)
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan dah bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus səhifə yaradaraq narkotik vasitələrin təbliği ilə məşğul olan Coşqun Məmmədli tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Saxlanılan C.Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Şirvan şəhər Məhkəməsinin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti