...

Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb

Hadisə Materials 5 Mart 2021 18:39 (UTC +04:00)
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb

Bakı. Trend:

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti