...

Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü

Hadisə Materials 7 May 2021 05:05 (UTC +04:00)
Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində polislə narkotik ticarəti ilə məşğul olan qrup arasında baş verən atışma nəticəsində ən azı 25 nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis xəbər verib.

Cinayətkarların təhlükəsizlik qüvvələrinin bölgəyə girməsini çətinləşdirmək üçün barrikadalar qurduğu, ölənlərdən birinin polis, digər 24 nəfərin isə mütəşəkkil dəstənin üzvləri olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti