...

Şirvan şəhərində "Opel" yanıb

Hadisə Materials 9 May 2021 08:41 (UTC +04:00)
Şirvan şəhərində "Opel" yanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Şirvan şəhərində minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şirvan şəhərində "Opel" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti