Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 erməninin növbəti məhkəmə prosesi iyunun 25-nə təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 erməninin növbəti məhkəmə prosesi iyunun 25-nə təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə iclasında çəkiliş aparılmasının qadağan edilməsi barədə vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib. Prosesdə video və audio çəkilişə icazə verilib.

Daha sonra məhkəmə tərkibi təqsirləndirilən şəxslərə təqdim edilib. Təqsirləndirilən şəxslər hakim tərkibinə etiraz etməyib.

Məhkəmə təqsirləndirilən şəxslərin hüquqlarını elan edib. Bildirib ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina edə və sərbəst ifadə verə bilər.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin hər biri ana dilində ifadə verə və tərcüməçidən istifadə edə bilər, məhkəmə materialları ilə tanış olmaq, məhkəmə baxışında ifadə verməklə son sözlə çıxış etməlidir.

Prosesdə təqsirləndirilən şəxslərə onların hüquqları barədə yaddaş kitabçası paylanılıb.
Vəkil vəsatət qaldırıb ki, təqsirləndirilən şəxslər 2020- cil 13 dekabr ayında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Amma onların həbs müddəti yanvar və fevral ayından hesablanıb. Vəkil bildirib ki, saxlanılan şəxslərin həbs müddəti dekabr ayından hesablansın.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxslər dekabr ayında saxlanılsa da, dindirilmədən sonra onlara ittiham elan edilib. Həmin şəxslərin bəzilərinə yanvar, bəzilərinə isə fevral ayında ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra məhkəmə vəsatəti rədd edib. Daha sonra hazırlıq iclasının qərarı elan olunub. İş üzrə hazırlıq iclasının başa çatdığı bildirilib və məhkəmə prosesi iyunun 25-nə təyin edilib.

***

14:21

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında dəstə üzvləri Serobyan Geğam Samveloviç, Avakyan Qraç Arzumanoviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asertyan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Komiyeviç, Sedrakyan Romik Misakini, Minosyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç, Karapetyan Yuri Tiqranoviçin anket məlumatları dəqiqləşdirilir.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ford ikinci rübdə əldə etdiyi gəliri açılayıb
Ford ikinci rübdə əldə etdiyi gəliri açılayıb
AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqlayıb
AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqlayıb
Bitkoinin qiyməti 40 mini ötüb
Bitkoinin qiyməti 40 mini ötüb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Ombudsman Türkiyəyə 100 fidan hədiyyə edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Türkiyədə 112 meşə yanğınından 107-si lokallaşdırılıb
Əfqanıstanda minaatan mərminin partlaması nəticəsində 7 nəfər ölüb
Boksçumuz Olimpiadanı bürünc medalla başa vurub
Azərbaycan XİN Rusiya müvəqqəti işlər vəkilinə nota təqdim edib
İranda ötən sutkada 366 nəfər koronavirusdan ölüb
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkət edir (VİDEO)
Tovuzda polis şadlıq saraylarında monitorinq keçirib (FOTO)
Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır (FOTO/VİDEO)
Türkiyənin 3 vilayətində baş verən meşə yanğınları nəzarət altına alınıb
Ruhi xəstədən inciməzlər! - Kamaləddin Qafarov
Sabahın hava proqnozu açıqlandı
"Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlim proqramı başlayıb (FOTO)
Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar (FOTO)
“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin açılışı baş tutub (FOTO)
Azərbaycan yanğınsöndürənləri Marmaris yaxınlığında yanğınların söndürülməsi üçün əzmlə çalışırlar
Sabahdan paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir
Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)
Jirinovskinin çıxışları istehza və gülüş doğurur, siyasətçi danışığından uzaqdır - Deputat
Suraxanı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayılıb (FOTO)
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Jirinovski kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar - Ekspert
Qazaxıstanda koronavirusa daha 6 637 nəfər yoluxub
Tokio-2020: Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb
Xorvatiya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir - Nazir (MÜSAHİBƏ)
Sumqayıtdai 3 otaqlı ev yanıb
ABŞ-da atışma zamanı beş nəfər xəsarət alıb.
İordaniya müvəqqəti olaraq Suriya ilə sərhədi bağlayıb
CAR-da brakonyerlərin öldürdüyü kərgədanların sayı əhəmiyyətli dərəcədə artıb
Britaniyada ötən sutka 29 144 nəfərdə koronavirus aşkarlanıb
MAR-da üsyançıların hücumu nəticəsində ən azı 6 nəfər həlak olub
Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 200 mindən çox sakin qoşulub
Türkiyənin Muğla vilayətində zəlzələ qeydə alınıb
Suraxanıda açıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyədə son sutkada koronavirusdan 5 107 nəfər sağalıb
Dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib
XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub
Türkiyədəki yanğınlarla bağlı azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan
Polisi bıçaqlayan şəxslə bağlı prokurorluqda cinayət işi açılıb
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Harda ki, haqsızlıq var, onu çəkib dünyaya göstərmək istəmişəm - Reza Deqati
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir (FOTO/VİDEO)
Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb
Bakıda məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgi təşkil olunub (FOTO)
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanının nəticələri açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşür (FOTO)
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir (FOTO)
Azərbaycanda 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb
Antalyada yanğın nəticəsində ölənlərin sayı beşə çatıb
“Marş İrəli” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycanın neft ixracı 4,8 faiz azalıb
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)
Həbs müddəti başa çatmış şəxslər özünüməşğulluq proqramlarına cəlb edilir
Azərbaycan Ordusunun əsgəri həlak olub
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini ələ keçdi
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı əməliyyat müşavirəsi keçirilib
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb (FOTO)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)
Bakıda narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb
Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur - MN
Milli Məclisin İntizam komissiyasının Eldəniz Səlimova görə toplanacağı vaxt açıqlandı
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
İranda daha 286 nəfər koronavirusdan ölüb
Təkrar MİQ imtahanlarının keçiriləcəyi tarix açıqlandı
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Şabranda şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub
ABADA-nın baş katibinin müavini vəfat edib
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb
Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb (FOTO)
Xaricdə təhsil almış məzunlar Ağdama səfər edib (FOTO)
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Azərbaycan yanğınsöndürənləri qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edirlər (VİDEO)
Bakıda ağır yol qəzası: Ölən var
Tokioda gündəlik koronavirusa yoluxma rekordu yenilənir
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır - Vüqar Rəhimzadə
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub
"Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)
Paytaxtda iməclik keçirilib (FOTO)
İşğaldan azad edilmiş ərazilərin bərpası layihələrinin icrasına mane olmaq mümkün deyil - Naqif Həmzəyev
Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir - Leyla Abdullayeva
Pakistan daim Azərbaycanın yanındadır - Səfir
Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr fəlakət zonası elan edilib
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - Sahil Babayev
Bütün xəbərlər