...

Oğuzda meşəlik ərazidə yanğın olub

Hadisə Materials 26 İyun 2021 00:39 (UTC +04:00)
Oğuzda meşəlik ərazidə yanğın olub

Bakı. Trend:

Oğuz rayonunda meşəlik ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xalxal kəndi yaxınlığında meşəlik ərazidə 1,5 ha quru ot, kol-kos və 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Meşə zolağı və əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti