...

Ağcabədidə 5 otaqlı ev yanıb

Hadisə Materials 12 İyul 2021 08:23 (UTC +04:00)
Ağcabədidə 5 otaqlı ev yanıb

Bakı. Trend:

Ağcabədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aşağı Avşar kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti