...

Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

Hadisə Materials 3 Sentyabr 2021 12:17 (UTC +04:00)
Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

Bakı. Fərid Zöhrabov - Trend:

Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

Ağstafa Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağstafa rayonu, Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla müəyyən edilmişdir ki, Tatlı bələdiyyəsinin sabiq sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz vəzifə səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirmişdir.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti