...

Masallıda mebel sexi yanıb

Hadisə Materials 15 Sentyabr 2021 21:33 (UTC +04:00)
Masallıda mebel sexi yanıb

Bakı. Trend:

Masallı rayonunda mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti