Bakı. Trend:
Masallı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli mebel sexinin qurutma otağı 35 m² sahədə və dam örtüyünün şüşə pambıq üzlüyü 25 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.