...

Bakıda şadlıq evində yanğın olub

Hadisə Materials 21 Noyabr 2021 22:45 (UTC +04:00)
Bakıda şadlıq evində yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 2000 m² (hər mərtəbəsi 1000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qismən 1 ədəd pəncərə çərçivəsi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti