...

Oğuzda şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 8 Dekabr 2021 08:10 (UTC +04:00)
Oğuzda şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Oğuz rayonu Qumlaq kəndində yerləşən “Ülvi” şadlıq sarayından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan televizor, nasos, enerji və spirtli içkiləri, eləcə də kassada olan pulu oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Şirvanlı kənd sakini, əvvəllər də məhkum olunmuş Rəhman Hümbətov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

R.Hümbətov hadisə zamanı sərxoş olduğunu bildirib və oğurladığı əşyaları yaşadığı ünvanda gizlətdiyini, pulu isə xərclədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti