...

Zaqatalada avtomobil təmiri sexi yanıb

Hadisə Materials 9 Dekabr 2021 09:14 (UTC +04:00)
Zaqatalada avtomobil təmiri sexi yanıb

Bakı. Trend:

Zaqatala şəhərində ümumi sahəsi 90 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi və içərisində təmirə dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti