...

Ağsu sakinlərindən 3 tüfəng götürülüb (FOTO)

Hadisə Materials 16 Dekabr 2021 17:08 (UTC +04:00)
Ağsu sakinlərindən 3 tüfəng götürülüb (FOTO)

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlərlə rayon sakinləri Novruz Novruzov və Qabil Bəşirovdan ümumilikdə 3 ədəd qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.

Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti