...

Banqladeşdə bərədə yanğın nəticəsində azı 38 nəfər həlak olub

Hadisə Materials 24 Dekabr 2021 09:02 (UTC +04:00)
Banqladeşdə bərədə yanğın nəticəsində azı 38 nəfər həlak olub

Bakı. Trend:

Banqladeşdə Suqandha çayında bərədə baş verən güclü yanğın nəticəsində azı 38 nəfər ölüb.

Trend bu barədə Reuters agentliyinə istinadən xəbər verir.

Yanğın paytaxt Dəkkədən Barquna istiqamətinə üzən bərənin mühərrik bölməsindən başlayıb.

Hadisə nəticəsində 50-dən çox adam xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır, bəzi sərnişinlər hələ də itkin düşmüş hesab edilir. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimalı var.

Yanğının baş vermə səbəbləri açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti