...

Masallıda evdə yanğın baş verib

Hadisə Materials 26 Dekabr 2021 22:56 (UTC +04:00)
Masallıda evdə yanğın baş verib

Bakı. Trend:

Masallı rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə və dam örtüyünün taxta atmaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti