...

Şəmkirdə ikimərtəbəli ev yanıb

Hadisə Materials 30 Dekabr 2021 15:09 (UTC +04:00)
Şəmkirdə ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və içərisindəki ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti