...

Bakıda uşaq bağçası qarət edildi

Hadisə Materials 14 Fevral 2022 12:00 (UTC +04:00)
Bakıda uşaq bağçası qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda uşaq bağçası qarət olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti