...

Son 2 ildə 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib

Hadisə Materials 11 Mart 2022 12:20 (UTC +04:00)
Son 2 ildə 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Son 2 ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yanında yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Onun sözlərinə görə, komissiyanın səyi nəticəsində 840 məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

2000-dən artıq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbiri məhkəmələr tərəfindən dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti