...

Bərdədə ağır qəza, ölən və yaralanan var

Hadisə Materials 17 May 2022 10:32 (UTC +04:00)
Bərdədə ağır qəza, ölən və yaralanan var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə mayın 16-da saat 11 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində baş verib.

Kənd sakini N.Əmirovun idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Ələmdar Qarayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti