...

Binəqədidə torpağa basdırılmış tüfəng aşkarlanıb

Hadisə Materials 20 May 2022 16:39 (UTC +04:00)
Binəqədidə torpağa basdırılmış tüfəng aşkarlanıb

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Xidmətin Müalicə müəssisəsinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun ərazisində torpağa basdırılaraq gizlədilmiş lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti