...

Zaqatalada qaydaları pozan sürücülər barəsində inzibati tədbirlər görülüb (FOTO)

Hadisə Materials 5 İyun 2022 20:25 (UTC +04:00)
Zaqatalada qaydaları pozan sürücülər barəsində inzibati tədbirlər görülüb (FOTO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qaydaları pozan 21 sürücü barəsində inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti