...

ANAMA Cəbrayılda minaya düşən əməkdaşı ilə bağlı məlumat yayıb

Hadisə Materials 19 İyun 2022 16:20 (UTC +04:00)

Bakı. Trend:

2022-ci il 19 iyun tarixində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib.

Nəticədə, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb, zəruri müayinələrdən keçərək evə buraxılıb. ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti