...

Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 23 İyun 2022 13:24 (UTC +04:00)
Göygöldə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki avtomobillərdən təhlükəsizlik kameralarının qarşısında oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri İbrahim Qasımov və Bəxtiyar Hacızadə rayonun Hacıməlik qəsəbəsində vətəndaşlara məxsus avtomobillərə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq cinayəti törədiblər

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti