...

Xaçmazda yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib

Hadisə Materials 17 Avqust 2022 12:04 (UTC +04:00)

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Şərif -Oba və Uzun-Oba kənləri ərazisindən yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.Ümumi çəkisi 1510 kiloqram olan, 3313 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti