Bakı. Trend:
İsmayıllı rayonunun Maçaxı kəndində ümumi sahəsi 48 m² olan taxta konstruksiyalardan ibarət tövlə və damına yığılan 11 ton ot bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.