...

Bakıda sərnişin avtobusu "KamAZ" la toqquşub, yaralananlar var

Hadisə Materials 12 Oktyabr 2022 15:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Əhmədli" stansiyasının yaxınlğında sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.

Bunu Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, 57 saylı xətt avtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti