Bakı. Trend:
Daxili İşlər Nazirliyi Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, noyabr ayının 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 1972-ci təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi frontal yükləyicinin idarəetməni itirərək aşması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.