...

Ordumuzun Şuşa və Ağdam istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

Hadisə Materials 30 Noyabr 2022 17:05 (UTC +04:00)
Ordumuzun Şuşa və Ağdam istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

Bakı. Trend:

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti