Bakı. Trend:
Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.
Bu barədə Trend-ə cümə günü DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi Hyunday markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib.
Qeyd edək ki, A. Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.
Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir