...

Prokurorluq Masazırda küçədə tapılan körpə meyiti ilə bağlı araşdırmalara başladı

Hadisə Materials 18 Yanvar 2023 10:02 (UTC +04:00)
Prokurorluq Masazırda küçədə tapılan körpə meyiti ilə bağlı araşdırmalara başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun Masazır qəsəbəsində küçədə ölmüş körpə meyitinin tapılması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, qeyd olunan faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılıb.

Sellofan torbaya qoyularaq küçəyə atılan körpə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti