...

Zaqatalada ikimərtəbəli ev yanıb

Hadisə Materials 21 Yanvar 2023 20:49 (UTC +04:00)
Zaqatalada ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Zaqatala rayonunun Muğanlı kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin ondulindən ibarət dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti